İspanaq tortu

Ərzaqlar:
Yumurta – 3 ədəd
Şəkər tozu – 1 st.
Süd – 1 st.
Zeytun yağı – ½ st.
Un – 2,5 st.
Qabartma tozu – 1 paket
Vanilin – 1 paket
Təzə ispanaq – 200 qr.
Damla saqqızı (mastika) – 1 ədəd

Üstü üçün:
Krem şanti (toz) – 2 paket
Soyuq süd – 1,5 st.

Hazırlanması:
Qeyd: Damla saqqızı və ya mastika (marketlərdə satılır) – bu, çiy ispanağın dadını aradan qaldırmaq üçün, keksə xüsusi ətir bəxş etmək üçün lazımdır.

Yumurtalarla şəkər tozu köpüklənənə kimi mikserdə çalınır. Zeytun yağı əlavə edilir, qarışdırılır. İspanaq, mastika və süd blenderdən keçirilir. Sonra bu yaşıl kütlə yumurtalı qarışığa əlavə edilir. Ələnmiş un, qabartma tozu və vanilin də bura əlavə edilir. Bütün ərzaqlar bir daha yaxşıca çalınır. Forma yağlanır. Bu kütlə ora süzülür və əvvəlcədən isidilmiş sobada 170 dərəcədə 35-40 dəqiqə bişirilir.

Krem üçün: toz krem şantiyə soyuq südü əlavə edirik. Yaxşıca qarışdırdıqdan sonra buzlamaya qoyuruq – qatı hala gələnə qədər gözləyirik.

Biskvit bişdisə, onu formadan çıxarırıq. Tən ortadan bölürük. Arasına kremi yayırıq. Rahat dilimlənsin deyə, yenidən soyuducuya qoyuruq. Bir müddətdən sonra yaşıl tortumuzu doğrayıb, süfrəyə verə bilərik!
Nuş olsun!
 

0 şərh