Kəsmikli tort

Ərzaqlar:
Kəsmik – 400 qr.
Şəkər tozu – 200 qr.
Xama – 400 qr.
Kərə yağı – 150 r.
Peçenye – 200 qr.
Jelatin – 2 ədəd
Şokolad plitəsi – 100 qr.
Qaymaq – 75 qr.

Hazırlanması:
Tortun əsasını peçenyelər təşkil edəcək. Odur ki, peçenyeləri blenderdə həll edirik. Üzərinə əridilmiş kərə yağını tökürük və qarışdırırıq. Sonra ovuntunu formanın dibinə tökürük, yayırıq, bir müddətliyə soyuducuya qoyuruq.

O özünü tutana kimi biz iki rəngdə kəsmikli krem hazırlayırıq. Bir qabda jelatini əridirik. Kəsmik + şəkər tozu + xama blenderdə həmcins olana kimi qarışdırılır. Kütlə iki hissəyə bölünür. Əridilmiş jelatinləri də tən bölürük: yarısı bir kütləyə, yarısı da digərinə.

Şokolad plitəsi əridilir, üzərinə qaymaq tökülür, yaxşıca qarışdırılır. Şokoladlı kütlə kremin birinə tökülür, qarışdırılır. Beləcə, bizim iki kəsmikli kremimiz oldu: biri ağ, ikincisi isə qara.

Sonra peçenye yaydığımız formanı soyuducudan çıxarırıq. Üzərinə bir xörək qaşığı ilə ağ kremdən, sonra eyni qədərdə qara kremdən tökürük (Zebra piroqundakı kimi). Kremlər bitən kimi torta diş çöpü ilə forma verə bilərsiniz. Onu gecədən səhərə kimi soyuducuda saxlamaq lazımdır. Nuş olsun!

sufrem.az
 

0 şərh