Sarımsaq şorbası

Ərzaqlar: şorba
2 ədəd kartof
1 ədəd qırmızı dolmalıq bibər
1 ədəd balqabaq
1 ədəd kök
1 ədəd soğan
6-7 diş sarımsaq
1 dəstə şüyüd
1 qutu krem
duz
istiot
zirə
kəklikotu.

Hazırlanması:
Kartof, bibər, balqabağı, yerkökü və sarımsağı kiçik parçalara ayırıb qazana doldurun. Tərəvəzlərdən 3 barmaq hündürlüyündə su tökün və qaynadın. Daha sonra onu blenderdən keçirin. Kremi və ədviyyatları əlavə edin. 10 dəqiqə də bişirib, şüyüd əlavə edin. Nuş olsun!

0 şərh