Balqabaqlı şirniyyat

Ərzaqlar:
500 qram balqabaq
1 stəkan şəkər tozu
1 paket pecenye
3 yemək qaşığı çəkilmiş qoz
2 stəkan su. 

Üzəri üçün:
Əridilmiş şokolad. 

Hazırlanması:
Qabığını soyduğunuz balqabağın üzərinə su və şəkər tozunu əlavə edib, bir qazanda bişirin. Bişdikdən sonra soyudub, əzərək pürə halına gətirin. Peçenyeləri əlinizlə qıraraq kiçik hissələrə ayırın. Qoz və peçenyeləri pürə halındakı balqabağa əlavə edib, qarışdırın.

Alüminium folqanı mətbəx dəzgahının üzərinə açın. Ortasına balqabaqlı içliyi yayın və folqanı 2 kənarından bağlayaraq piramida formasını alması üçün sıxın. Piramida formasını alan şirniyyatı diqqətli şəkildə dondurucuya qoyun.

Donması üçün 4-5 saat gözlədikdən sonra folqanı şirniyyatın üzərindən çıxarın. 10 dəqiqə otaq temperaturunda saxlayıb, üzərinə əridilmiş şokolad gəzdirdikdən sonra sevdiklərinizlə bölüşə bilərsiniz. Nuş olsun!

0 şərh