Tənbəl biskvit

Bu biskvit asan hazırlanır və həmişə alınır. Biskviti tort, piroq və ya pirojnaların hazırlanması üçün istifadə etmək olar.

Ərzaqlar:
5 yumurta
1 stəkan şəkər tozu (narın olmalıdır)
1 stəkan un — yarım ç.q.
vanil.

Hazırlanması:
Sobanı qabaqcadan 200-210 C qədər qızdırın. Soba qızanda xəmiri hazırlayın.
Xəmir çox tez və asan hazırlanır. Əvvəl yumurta və şəkər tozunu yaxşı çalın, vanil əlavə edin, yenə çalın.
Hiss-hissə un tökün, çalın. Un tökəndə mikseri söndürməyin. Xəmir qatı xama kimi alınmalıdır.
Formaya kağız sərin, xəmir tökün, 30-35 dəqiqə bişirin. Sobanı söndürün, amma biskviti çıxartmayın. Biskvit yavaş-yavaş soyumalıdır. Nuş olsun!

0 şərh