Dadlı bulyon üçün sirlər

— Bulyon vam odda bişirilməlidir. Bu halda o dadlı və şəffaf olacaq.
— Əti soyuq suya salın ki, bulyon dadlı alınsın. Əgər siz əti qaynayan suya salsanız, ət dadlı olacaq, bulyon isə dadsız.
— Bulyon bişirdikdə alüminium və ya paslanmayan poladdan olan qazanlardan istifadə edin. Emallı qazanlardan istifadə etməyin.
— Bulyon üçün olan su təmiz və yumşaq olmalıdır.
— Ət bişən qazana yerkökü saldıqda ətin spesifik qoxusu itir.
— Ət bulyonunu ətin bişməsinə yarım saat qalmış, balıq şorbasını əvvəlcə, göbələk bulyonunu isə axırda duzlamaq lazımdır.
— Hazır bulyon uzun müddət odda qaldıqda dadı itir.
— Mal və toyuq ətini bulyondan süfrəyə verməzdən əvvəl çıxardın. Əks halda ət quru və dadsız olacaq.
— Toyuq bulyonuna heç bir ədviyyat əlavə etməyin, o öz dadını itirir.
— Toyuqdan bulyon bişirdikdə dərisini soymaq lazımdır.
— Arpa yarmasının supu göyümtül alınmasın deyə, yarmanı hazır olana qədər ayrıca bişirin, sonra supa tökün.
— Hazır supda dəfnə yarpağını saxlamayın.
— Əzilmiş sarımsağı supa ən sonda əlavə edin və ya boşqablara qoyun.
— Sup bişirəndə hazır bulyonu zəif odda, qaynama həddinə çatdırmayaraq qızdırın ki, o, şəffaflığını saxlasın. Bununla belə, qapaq qazanın ağzını kip örtməməlidir.
— Əgər sup çox duzlu çıxıbsa, ona kartof və ya düyü əlavə edin ki, onlar artıq duzu canına çəksinlər.
— Hazır bulyonu dondurmaq və sonra lazım olduqda istifadə etmək olar. Bulyonu dondurucu kamerada 4 ay ərzində saxlamaq olar.

0 şərh