Simit

İnqridientlər:
400 qr un (təxminən)
2 ç.q. quru maya
125 qr ilıq su
4 x.q. bitki yağı
1 ç.q. şəkər tozu
yarım ç.q. duz.

Simitlərin üzərinə:
150 qr su
1 x.q. bal
küncüt.

Hazırlanması:
Maya və şəkəri ilıq suda əridin. 10-15 dəqiqə isti yerdə saxlayın (maya qalxmalıdır). Mayanı dərin qaba tökün, duz və 3 x.q. bitki yağı əlavə edin, yaxşı qarışdırın. Ələnmiş un əlavə edin, xəmir yoğurun. 1 x.q. bitki yağı əlavə edin, yenə yoğurun.
Xəmiri kürə şəklinə salın, qabda 1 saat saxlayın (qabın üzərinə plyonka çəkin). Xəmiri bir az yoğurun, 4-5 hissəyə bölün, hər hissəni jqut formasında yayın, bir az burun, qıraqları yaxşı yapışdırın.
Qaba150 ml su tökün, içində 1 x.q. balı əridin. Küncütü düz boşqaba tökün. Simitləri əvvəl suya, sonra küncütə batırın. Tavaya kağız sərin, simitləri düzün, yarım saat isti yerdə saxlayın. Sobanı qabaqcadan 180 C qədər qızdırın, simitləri təxminən 20 dəq. bişirin (qızarana kimi). Nuş olsun!
 

0 şərh