Darçınlı peçenye

Ərzaqlar:
100 qr kərə yağı
2 yumurta
1 stəkan şəkər tozu
2 stəkan un 
yarım ç.q. soda + yarım ç.q. limon şirəsi
1 ç.q. darçın.

Hazırlanması:
Yumşalmış kərə yağı, yumurta, şəkər tozu, un və limon şirəsi ilə söndürülmüş sodanı yaxşı qarışdırın.
Tavaya kağız sərin, üzərinə çay qaşığının köməyi ilə peçenyeləri düzün.
Sobanı qabaqcadan 180 C qədər qızıdırın, peçenyeləri 10-12 dəqiqə bişirin.
Nuş olsun!
 

0 şərh