Xurmalı keks

İnqridientlər:
1,5 stəkan un
400 qr kəsmik
2 yumurta
200 qr xama
200 qr kərə yağı
1 stəkan şəkər tozu
200 qr xurma
1 ç.q. qabartma tozu
vanilin.

Hazırlanması:
Unu şəkər tozunun yarısı, yağ, qabartma tozu və vanilinlə oxuşdurun. Ovuntunun yarısını formaya tökün, hamarlayın.
Xurmanın tumlarını çıxardın, xurmanı doğrayın, ovuntunun üzərinə düzün.
Kəsmiyi yumurta sarısı və xama ilə yaxşı qarışdırın. 
İçlik: yumurta ağını qalan şəkər tozu ilə mikserlə yaxşı çalın, kəsmikli kütləyə əlavə edin, ehtiyatla qarışdırın. İçliyi formaya qoyun, üzərinə qalan ovuntunu tökün.
Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 30-40 dəqiqə bişirin. Nuş olsun!

0 şərh