Yulaflı peçenye

Tərkibi:
200 qr kərə yağı
150 qr şəkər tozu
2 yumurta
1,5 stəkan yulaf lopaları («gerkules», xırda lopalar)
2 ç.q. qabartma tozu
150-200 qr un
vanil.

Hazırlanması:
Yumşaq kərə yağını şəkər tozu ilə mikserlə çalın.
Yumurta və vanil əlavə edin, qarışdırın.
Gerkules əlavə edin, qarışdırın.
Unu qabartma tozu ilə qarışdırın, kütləyə əlavə edin, yumşaq xəmir yoğurun, 1 saat soyuducuda saxlayın.
Tavaya kağız sərin, kiçik peçenyeləri düzün, 180 C qədər qızdırılmış sobada 15-20 dəqiqə bişirin.
Nuş olsun!

0 şərh