Sobada tərəvəzli balıq

Tərkib:
800-900 qr balıq filesi
2 ədəd soğan
2 pomidor
1 iri bibər
100 qr holland pendiri
100-150 qr mayonez
duz, istiot, bibəriyə, istənilən ədviyyatlar (zövqə görə).

Hazırlanması:
Fileni tikələrə doğrayın.
Soğanı dalğalar şəklində doğrayın, mayonez, duz, istiot, ədviyyatlar əlavə edin, qarışdırın.
Balığın üzərinə mayonezli qarışıq tökün, ehtiyatla qarışdırın, soyuducuda 30 dəqiqə saxlayın.
Tavaya perqament kağızı sərin, yağ çəkin, fileni, üzərinə mayonezli qarışığı qoyun.
Pomidor və bibəri nazik halqalar şəklində doğrayın, balığın üzərinə qoyun, üzərinə sürtgəcdən keçirilmiş pendir səpin.
Sobanı qabaqcadan 200 C qədər qızdırın, balığı 30-35 dəqiqə ərzində bişirin. Nuş olsun!

0 şərh