Balıq şorbası

İnqrediyentlər: 
1 kq istənilən balıq 
5-6 kartof
2 kök
2 soğan
5-7 qara yumru istiot
3-4 dəfnə yarpağı
duz, toz istiot, göyərti (zövqə görə).

Hazırlanması:
Balığı təmizləyin, baş və quyruq hissələrini qazana qoyun, 25-30 dəqiqə bişirin, bulyonu süzün. (Baş və quyruqları ata bilərsiniz.)  Balığı tikələrə doğrayın.
Soğanı xırda doğrayın, kökü sürtgəcdən keçirin, yağda bir qədər qızardın. Süzülmüş bulyonu odun üzərinə qoyun, qaynamağa başlayanda kub şəklində doğranmış kartof, duz, toz istiot əlavə edin.
Kartof qaynamağa başlayanda, balıq əlavə edin, 15 dəqiqə qaynadın. 

Kök və soğanı əlavə edin, 5-7 dəqiqə qaynadın.
Dəfnə yarpağı, qara yumru istiot əlavə edin, 1-2 dəqiqədən sonra odun üzərindən götürün.
Masaya verəndə üzərinə göyərti səpin. Nuş olsun!

0 şərh