Şaftalı cemi

İnqridientlər:
1 kq şaftalı
1 kq şəkər tozu
1 stəkan su
bıçağın ucunda limon duzu.

Hazırlanması:
1. Şaftalını yaxşı yuyun, çəyirdəkləri çıxardın, tikələrə doğrayın, qazana yığın.
2. Limon duzunu suya əlavə edin, şaftalının üzərinə tökün, qaynadıqdan sonra 10 dəqiqə bişirin.
3. Sonra şəkər tozu əlavə edin, vam odda 30-40 dəqiqə bişirin, vaxtaşırı qarışdırın.
4. Cemi soyudun, bankalara doldurun, qapaqları bağlayn. Nuş olsun!
 

0 şərh