Yemiş mürəbbəsi

Lazımdır:
1 kq təmizlənmiş yemiş üçün: 
600-800 qr şəkər tozu götürülür (yemişin şirinliyindən asılıdır)
1 limonun sedrası (sarı qabığı).

Hazırlanması:
Yemişi təmizləyin, yarısını sürtgəcdən keçirin, yarısını kiçik kublar şəklində doğrayın.
Üzərinə şəkər tozu səpin, yarım saat — 1 saat saxlayın ki, yemişin şirəsi çıxsın.
Ləyəni oda qoyun, qaynara düşəndə vam odda 5 dəqiqə qaynadın, tam soyudun, yenə 5 dəqiqə qaynadın.
Hazır olana yaxın sürtgəcdən keçirilmiş limon qabığını əlavə edin.
İsti halda steril bankalara doldurun, steril dəmir qapaqlarla kip bağlayın. Nuş olsun!

0 şərh