Ləzzətli acika

Ərzaqlar: 
  • 3 kq qırmızı "ətli" pomidor
  • 1,5 kq qırmızı bibər
  • 200 qr sarımsaq
  • 100 qr acı bibər
  • 1 stəkan bitki yağı
  • 2 x.q duz
  • 1 x.q. şəkər tozu.

Hazırlanması:
Tərəvəzləri təmizləyin, blenderdən keçirin. Emallı qazana yığın, bitki yağı, duz, şəkər tozu əlavə edin, yaxşı qarışdırın. Vam odda 2 saat ərzində qaynadın.

Qaynar-qaynar sterilizə olunmuş bankalara doldurun, qapaqları bağlayın, ağzı aşağı olmaqla süfrənin üzərinə qoyun, ədyalla örtün, soyuyana qədər saxlayın. Nuş olsun!
loading...

0 şərh