Çiyələkli-bananlı kokteyl

Lazımdır:
  • 1/2 l süd
  • 200 qr çiyələk
  • 1 ədəd banan 
  • şəkər tozu (zövqə görə) 
  • 1 paket vanilli şəkər tozu.

Hazırlanması:
Bananı və çiyələyi doğrayın. Şəkər tozu və vanilli şəkər tozunu əlavə edin, blenderlə yaxşı çalın (təxminən 3-5 dəqiqə).
 Yavaş-yavaş süd əlavə edin, blenderlə təxminən 3 dəqiqə çalın. Kokteyl hazırdır. Soyuq halda için. Nuş olsun!

0 şərh