Kələmli "Sezar"

Tərkibi:
  • 200 q təzə kələm
  • 1 xiyar
  • 2 toyuğun döş əti
  • 100 q bərk pendir

Sous:
  • 100 ml mayonez
  • 1 ç.q. xardal
  • 1 diş sarımsaq

Suxarılar üçün:
  • 1 diş sarımsaq
  • 1 sm qalınlıqda 4 dilim ağ çörək
  • 2 x.q. bitki yağı.

Hazırlanması:
Kələmi saman kimi doğrayın. Xiyarı da saman kimi doğrayın. Toyuğun döş ətini qaynadın, şəridlərə doğrayın. Pendiri sürtgəcin xırda gözündən keçirin. Ağ çörəyi tərəfi 1 sm olan kubiklərə doğrayın.

Tavada yağı qızdırın, çörəkləri iti odda, tavanı tez-tez çevirə-çevirə qovurun. Sous: mayonez, xardal və xırdalanmış sarımsağı qarşdırın. Boşqablara bu qayda ilə düzün: kələm + xiyar + toyuq əti + pendir + 3 ç.q. sous + suxarılar.
 

0 şərh