Gül kələmi qovurması

Tərkibi:
1 ədəd gül kələmi
1 ədəd soğan
2 ədəd yumurta
zeytun yağı
duz
istiot.

Hazırlanma qaydası:
Öncə gül kələmini yuyub, kiçik hissələrə ayırırıq. Qaynayan suya öncə duz sonra xırda hissələri töküb, 10 dəqiqə bişirib süzürük. Soğanı xırda doğrayıb, zeytun yağında qızardırıq.

Bişmiş gül kələmlərini buraya əlavə edirik. Yumurtaları kənarda bir qabın içərisində çalıb, üzərinə töküb, qarışdırırıq. Zövqə görə duz, istiot əlavə edirik. Yumurtalar tam bişəndən sonra ocaqdan götürüb, süfrəyə verə bilərsiniz. Gül kələmi qovurması qatıqla da çox ləzzətli olur. Nuş olsun!

0 şərh