Beyqıl sendviç

İçindəkilər:
2 ədəd beyqıl,
2 ədəd qayğanaq
(hər biri bir ədəd yumurta ilə olmaq şərtilə),
40 qr kəsmik pendir,
1 ədəd avokado,
2 ədəd pomidor,
2 ədəd xiyar,
duz,
istiot.

Hazırlanması:
Beyqılları ikiyə bölün. Üzərinə pendir çəkin. Sırası ilə qayğanaq, xiyar, yenidən pendir, avokado, pendir və pomidor düzüb üzərinə beyqılı yerləşdirin. Sendviçimiz hazırdır! Nuş olsun!

Hazırladı: Şamaxı Səmədova
«Züleyxa» jurnalı
 

0 şərh