Sobada pendirli göbələk

Lazım olan ərzaqlar:
— 300 qr toyuq döş əti
— 250 qr şampinyon göbələyi
— 2 ədəd yaşıl bibər
— 1 ədəd soğan
— 3 ədəd pomidor
— 2 ədəd kartof
— 1 xörək qaşığı tomat pastası
— duz
— istiot
— bitki yağı
— 200 qr holland pendiri.

Hazırlanması:
İlk olaraq soğanı xırda doğrayıb bitki yağında qızartmağa başlayırıq. Qızarmış soğanın üzərinə kub şəklində doğranmış toyuq ətini əlavə edirik. Qalan tərəvəzləri- göbələk, bibər, kartofu tavada bişməkdə olan toyuğun üzərinə əlavə edirk. Tərəvəzlər bişənə yaxın pomidorun qabığını soyaraq xırda-xırda doğrayıb tərəvəzlərin qızardığı tavaya tökürük.

Hazırladığımız yeməyi daha ləziz etmək üçün 1 qaşıq tamatı 1 stəkan suda qarışdırıb üzərinə duz, istiot vurub tərəzlərin üzərinə əlavə edirik, tərəvəzlər yumşalana qədər bişiririk. Qızardılmış tərəvəzləri soba üçün hazırlanmış özəl qablara doldurub üzərinə sürtgəcdən keçirilmiş pendir əlavə edib pendir əriyənə qədər 190-dərəcədə bişiririk. Nuş olsun!

Hazırladı/ Foto: Mujgan Həsənli
 

0 şərh