Meyvəli Moxito

Moxitonu müxtəlif restoranlarda fərqli siroplar və meyvə dadları ilə hazırlayırlar. Bizim sizə bugün təqdim edəcəyimiz resept onun ciyələkli siropla hazırlanma qaydasıdır.

Məlumat üçün qeyd edək ki, bu qədim içki növü ilk dəfə Kubada hazırlanmışdır. İçkinin adının nədən məhz “Moxito” olması haqda müxtəlif fikirlər var. Onlardan birinə görə o öz adını “mojo” adlı kuba ədviyyatından, digərinə görə isə “mojado” (nəm) sözündən almışdır.

Nəzərə alsaq ki, onun tərkibinə daxil olan inqredientləri asanlıqla yerli marketlərdə tapmq olar, inanırıq ki, Moxito gündəlik sizin masanızdan əksik olmayacaq.

Bu içkinin hazırlanma qaydasında əsas özəllik ondadır ki, nanə yarpaqlarına və limon dilimlərinin mümkün qədər çox efir yağı buraxmasına çalışmalısınız.

Beləliklə, sizə lazım olan inqredientlər:
5-6 nanə yarpağı
1/2 laym və ya limon (digər yarisi dekor üçün istifadə edilə bilər )
5-6 doğranmış çiyələk dilimi
Buz tikələri
Qazlı su.

Hazırlanması:
1. Limon və ya laymın suyunu yaxşıca əzib suyunu çıxarın.
2. Nənəmizi limonla əzişdiririk.
3. Daha sonra meyvəli sirop və ya mürəbbə meti əlavə edirik.
4. Buz dənələrini və qazlı suyu əlavə etdikdən sonra isə məhlulu azacıq qarışdırın.
Moxitomuz hazırdır! Nuş olsun!

«Züleyxa» jurnalı

0 şərh