Əsl molokan kələmi

Lazım olan məhsullar:
Kələm — 3 kq
Kök — 3 dənə
Duz — 2 xörək qaşığı
Şəkər tozu — 1 xörək qaşığı
Su — 1 l.

Hazırlanması:
1. Kələmi və kökü xırda-xırda doğrayın və yaxşı qarışdırın.
2. Emallı qazana yığın.
3. 1 l suya duz və şəkər əlavə edin və qaynara düşənə kimi qızdırın.
4. Su soyuyandan sonra kələmin üzərinə tökün və 3-4 gün saxlayın. Kələmi hər gün qarışdırmaq lazımdır.
5. Kələmin üzərində qabarcıqlar əmələ gəldikdə kələm hazır sayılır.
6. Hazır kələmi şüşə bankalara yığın və sərin yerdə saxlayın. Nuş olsun!

0 şərh