Sobada ördək

Ərzaqlar: 
1 orta ölçüdə ördək (təxminən 2 kq)
2 alma
6 kartof 
3 diş sarımsaq
duz, istiot (zövqə görə)

Hazırlanması:
Ördəyi yuyun, təmizləyin, üstünə və içinə duz sürtün, plyonkaya bükün, 1 gün soyuducuda saxlayın.

Sarımsağı əzin, istiotla qarışdırın, ördəyə sürtün. Almaları doğrayın, ördəyin içinə doldurun, dərini diş çöpləri ilə bərkidin və ya sapla tikin.

Sobanı qabaqcadan 200 C qədər qızdırın, ördəyi sobaya qoyun, 20 dəqiqədən sonra sobanın temperaturunu 170 C azaldın və təxminən 1 saat 10 dəqiqə bişirin. Vaxtaşırı olaraq çıxan şirəni ördəyin üzərinə tökün.

Kartofu soyun, 4-8 hissəyə bölün (kartofun ölçüsündən asılıdır), soyuq suya qoyun, duz əlavə edin, 2-3 dəqiqə qaynadın, suyu süzün. Kartofu ördəyin hazır olmasına təxminən 20 dəqiqə qalmış tavaya ördəyin ətrafına düzün. 20 dəqiqədən sonra yemək hazırdır. Nuş olsun!

0 şərh