Sobada gül kələmi

Ərzaqlar: 
1 iri gül kələmi
400 qr toyuq filesi
150 qr kərə yağı
1 x.q. üyüdülmüş suxarı
2 x.q. un
1 stəkan süd
3 diş sarımsaq
150 qr holland pendiri
duz, istiot, sarıkök
göyərti (zövqə görə)

Hazırlanması:
Gül kələmini duzlu suda bişirin, suyu süzün.
oyuğu tikələrə doğrayın, bir qədər qızardın.
Formaya kərə yağı çəkin, 1 x.q. suxarı səpin.
Toyuğu düzün, üzərinə xırda doğranmış göyərti səpin, üzərinə kələmi düzün.
Kərə yağını əridin, un əlavə edin, qarışdırın, süd, əzilmiş sarımsaq və duz əlavə edin, qarışdırın. Bu sousu kələmin üzərinə bərabər şəkildə tökün.
Pendiri sürtgəcdən keçirin, üzərinə səpin. 
Sobanı qabaqcadan 180 C qədər qızdırın, 30 dəqiqə bişirin.

Nuş olsun!

0 şərh