Göbələklə kələm dolması

Ərzaqlar:
ağ kələm
2 x.q. bitki yağı 
500 q göbələk
2 x.q. tomat pastası
0,5 st. bişmiş düyü
duz 
istiot.

Hazırlanması:
Kələm yarpaqlarını qaynayan suda 2-3 dəqiqə bişirin, sudan çıxarıb aşsüzənə yığın.
Düyünü bişirin (xəşil olmasın). Göbələyi təmizləyib bir buğum qaynadın, doğrayın, düyü, duz-istiot, tomat pastası, bitki yağı əlavə edib qarışdırın.
Kələmlərin içini doldurub dolma kimi bükün. Əvvəlcə yağda qızardın. Sonra dərin divarları qalın olan qaba yığın. Tomat pastasını su və bitki yağı ilə qarışdırıb üzərinə gəzdirin və hazır olana qədər bişirin. (Su əvəzinə bulyon da götürə bilərsiniz). Nuş olsun!

0 şərh