Əsl spagetti

Ərzaqlar:
1 paçka spagetti
400 qr farş
2 dənə baş soğan
3 diş sarımsaq
100 qr tomat pastası 
2 dənə yerkökü 
1/2 stəkan bulyon
zeytun yağı
duz
qara istiot
quru reyhan.

Hazırlanması:
Spaqetti bişiririk. (Spaqetti yapışmasın deyə suya 1 xörək qaşığı zeytun yağı əlavə edirik.) 
İsti tavaya zeytun yağı tökürük. Sarımsağı 2 yerə bölüb yağda qızılı rəng alana qədər qızardırıq və sonra yağdan çıxardırıb atırıq (sarımsağın dadı yağa çıxıb).
Soğanı uzun-uzun doğrayırıq, kökü sürtgəcdən keçirdirik və yağda qızardırıq.
Tərəvəzlər yumşaq olanda farş əlavə edirik və orta odda qarışdıra-qarışdıra 15 dəqiqə ərzində bişiririk.
Sonra tomat pastası, bulyon, duz, istiot, reyhan əlavə edilir, yaxşı qarışdırılır, qazanın qapağı örtülür və sous vam odda hazır olana qədər bişirilir. Nuş olsun!

0 şərh