Tərxun limonadı

Tərkibi:
70 qr təzə tərxun
4 limon — 150 qr şəkər tozu
1,5 l qazlı su
200 qr qazsız su

Hazırlanması:
Tərxunun yarpaqları xırda doğranılır (gövdələrdən istifadə etmirik).
200 ml adi suda şəkər tozu əridilir, doğranmış tərxun əlavə olunur, vam odda qaynara düşənə qədər saxlanılır, oddan götürülür və 3-4 saat dəmlənilir.
 Dəmləməni blenderlə qarışdırın, sonra yaxşı süzün.
Limonların şirəsini sıxın.
2 l-lik balona süzülmüş tərxun suyunu, limon şirəsini, qazlı suyu əlavə edin, taxta qaşıqla yaxşı qarışdırın.
Hazır limonadı soyuducuda saxlayın. Nuş olsun!

0 şərh