Ətli balqabaq

Tərkibi:
1 baş soğan
4 xörək qaşığı
zeytun yağı
500 qram quzu əti
Duz
Qara istiot
4.5 stəkan qaynar su
2 ədəd pomidor
700 qram balqabaq
2 xörək qaşığı limon şirəsi
Cəfəri.

Hazırlanması:
Soğanı xırda doğrayıb zeytun yağında bir az qızarana kimi qovurun. Xırda doğranmış quzu ətini, duzu, qara istiotu və suyu soğanın üzərinə əlavə edin. Ət yumşalana kimi, təxminən 40 — 45 dəqiqə bişirin. Daha sonra xırda doğranmış pomidoru, balqabağı və limon şirəsini də əlavə edib əlavə 30 dəqiqə də bişirin. Süfrəyə verərkən üzərini cəfəri ilə bəzəyin.
Qeyd edək ki, bu xörək 4 nəfər üçün nəzərdə tutulub.

Nuş olsun!

0 şərh