Aşpazlardan faydalı məsləhətlər

Yeməyə sarımsaq qataraq onu daha da ləzzətli etmək istəyirsiniz, ancaq qalıcı qoxu sizi narahat edir? Elə isə, yeməyi boşqaba tökməzdən öncə boşqaba sarımsaq çəkin.

Ciyərin sərt deyil, zərif alınmasını istəyirsinizsə, onu bişdikdən sonra duzlayın.

Aşın bəmbəyaz olmasını istəyirsinizsə, onu bişirdiyiniz zaman suya bir neçə damcı sirkə əlavə edin.

Bulyonun şəffaf olmasını istəyirsinizsə, onun içinə bir kub buz atın və qaynadın.

Lobyanın rəngini itirməsini istəmirsinizsə, onu bişirərkən qapağı kip bağlamayın.

Badımcanın acılığını aradan qaldırmaq üçün onu duzlayıb bir müddət saxlayın. Daha sonra soyuq su ilə yuyun.



Ətin qıpqırmızı qazmaqla örtülməsini istəyirsinizsə, onun üzərinə nar şirəsi çəkin daha sonra bişirin.

Şorbanın ləzzətinə ləzzət qatmaq üçün onu oddan götürməzdən öncə üzərinə yerkökü şirəsi əlavə edin.

Salata xüsusi dad qatmaq üçün onun üzərinə vanil tozu səpin.

Duzu limon şirəsi ilə əvəz edin. Beləliklə yeməyiniz daha sağlam olacaq və xüsusi sitrus tamı ilə fərqləncək.

0 şərh