Südlü peçenye

Ərzaqlar:
— 2,5 stəkan un
— 1 stəkan şəkər tozu
— 100 qr kərə yağı
— 1 yumurta
— yarım stəkan süd
— yarım ç.q. qabartma tozu
— vanil

Hazırlanması:
Yumşaq kərə yağını şəkərlə mikserlə çalın. Yumurta, süd, vanil əlavə edin, qarışdırın. Unu qabartma tozu ilə qarışdırın, ələyin, xəmirə əlavə edin, qarışdırın, yumşaq xəmir yoğurun.

Xəmiri təxminən 1 sm qalınlıqda yayın, formalar (və ya stəkanla) peçenyeləri kəsin. Tavaya perqament kağızı sərin, peçenyeləri düzün, 180 C qızdırılmış sobada 15 dəqiqə bişirin. Nuş olsun!

0 şərh