Kabaçki ikrası

Tərkibi:
— 4 ədəd kabaçki
— 2-3 diş sarımsaq
— 2 kök
— 3 pomidor
— 1 baş soğan
— bitki yağı
— duz, istiot (zövqə görə)

Hazırlanması:
Soğanı doğrayın, yağda yumşalana qədər qızardın. Kökü sürtgəcədn keçirin, soğana əlavə edin, qızardın. Kabaçki soyun, sürtgəcdən keçirin, tavaya əlavə edin, 5-10 dəqiqə qızardın, qarışdırın.

Pomidorları soyun, doğrayın, soğanı sarımsağəzənlə əzin, tavaya əlavə edin, qarışdırın, duz, istiot vurun, hazır olana qədər qapaq altında vam odda bişirin. Nuş olsun!

Oxşar məqalələr

0 şərh