Portağallı muss

Tərkibi:
3 portağal
200 qr şəkər tozu
20 qr jelatin. 

Hazırlanması:
Jelatinin üzərinə 200 ml soyuq qaynanmış su tökün. Jelatinin qablaşdırması üzərində göstərildiyi müddət ərzində saxlayın. Portağalın şirəsini sıxın, qabıqlarını qalın doğrayın.

Qabıqların üzərinə 1 l su tökün, odun üzərinə qoyun, qaynamağa başlayandan sonra 10 dəqiqə qaynadın, süzün, soyudun (ilıq olmalıdır).

Qabıqların suyuna şəkər tozu və şişmiş jelatin əlavə edin, odun üzərinə qoyun, qaynara düşənə qədər qızdırın (qaynatmayın!). Portağal şirəsini əlavə edin, oddan götürün, muss və ya dondurma üçün qablara tökün, 5-6 saat soyuducuda saxlayın. Nuş olsun!
 

0 şərh