Gül kələmi ilə brokoli salatı

Ərzaqlar:
Soğan -1 ədəd
Kiçik brokoli
Kiçik gül kələmi
Duz, istiot

Sous üçün:
xama, mayonez — hərəsindən 3 qaşıq

Hazırlanması:
Kələmlər yuyulur, bütöv halda qaynar suya salınıb, 2 dəqiqə saxlanılır, sonra gül hissələri gödvədən kiçik hissələrə ayrılır. Soğan da yarımhalqa doğranılıb, qarışdırılıb, duz-istiot vurulur.

Xama ilə mayonez qatılır, istəsəniz içinə sarımsaq, paprika, göyərti əlavə edirsiz. Bu sous salata qatılıb, qarışdırılır. 15 dəqiqə kənarda saxlayın ki, sous hopsun ki, salat bərk olmasın.

0 şərh