Ağ lobya salatı

Ərzaqlar:
  • Yarım qırmızı bibər
  • 1 kasa quru ağ lobya
  • Yaşıl soğan
  • Cəfəri
  • Yarım pomidor
  • Yağ, duz və sirkə
  • Qara zeytun.

Hazırlanması:
Lobyaları əvvəlcədən isladın və bir gecə suda qalsınlar. Sonra 45 dəqiqə suda qaynadın.

Bibər, soğan və pomidorlar kiçik parçalara halında doğrayın. Lobyalar hazır olduqda, böyük qaba qoyun və soyumasını gözləyin. Tərəvəzləri əlavə edin və salata yağ, duz və sirkə əlavə edin, göyərti, zeytun səpin.

0 şərh