Südlü makaron

Ərzaqlar:
• Bir paket makaron (istədyiniz növdən)
• 1 stəkan süd
• 3 yemək qaşığı kərə yağı
• 200 qram kərə yağı
• 1 çay qaşığı qara istiot
• 1 çay qaşığı duz
• 2 stəkan su
• 2 yemək qaşığı zeytun yağı. 

Hazırlanma qaydası:
Su, zeytun yağı və duz bir qazana tökün. Su qaynayana kimi gözləyin. Qaynayandan sonra makaronları əlavə edin. Çalışın makaronlar diri qalsın. Çox qaynatmayın, təxminən 5-6 dəqiqə kifayət edər. Suyunu süzüb kənara qoyun.

Tavanın içinə kərə yağı, süd və holland pendirini qoyub, makaronu əlavə edin. Makaron südü yaxşıca canına çəkənə kimi qarışdırın. Südü çəkiləndə dadlı yeməyiniz hazırdır. Ardınca duz,istiotu da əlavə edin ocaqdan götürün. İsti-isti süfrəyə verin. Nuş olsun!

0 şərh