Tavada ləzzətli xaçapuri resepti - Cəmi 15 dəqiqəyə hazırla

Ərzaqlar: ( 9 ədəd üçün)

Qatıq -1 st.

Yumurta — 2 ədXaçapuri resepti

Şəkər t. — 2 ç.q

Duz – 1 ç.q.

Soda – 0,5 ç.q

Un – 2 st.

Bitki yağı — 1 st

Bərk pendir – 400 qr.

Kərə yağı – 50 qr.

Hazırlanması:

Qatığa 1 yumurta, duz, şəkər tozu, bitki yağı tökülür, yaxşıca qarışdırılır. Unu ələyirik, sodanı vurub, unu qatıqlı kütlənin üzərinə tökürük. Xəmir yoğururuq. Yumşaq xəmir alınana kimi lazım olsa daha bir stəkan un da hissə-hissə tökürük. Xəmir azca ələ yapışan olacaq. Üzərini örtürük və dincə qoyuruq. Pendiri sürtgəcdən keçiririk. Üzərinə 1 yumurta vurub, qarışdırırıq.

Xəmiri kolbasa formasına salırıq və 9 bərabər hissəyə bölürük. Onları bir-bir yayırıq. (qalınlığı təxminən 1sm. olmaqla). Mərkəzinə pendirli içliyi qoyuruq. Kənarlarını gətirib mərkəzdə bağlayırıq, yastılayırıq.Xaçapurini tavada yağsız – hər iki üzünü qızardırıq. Yaxşı olar ki, qapağı bağlı halda bişirəsiniz. Hazır olan kimi kərə yağı sürtüb süfrəyə verə bilərsiniz. Nuş olsun!

Mənbə: Sufrem. az 

Oxşar məqalələr

 

0 şərh