Şəkər xəstələri üçün çiyələk mürəbbəsi

Tərkibi: 

3 kq. çiyələk

4,5 st. şəkər xəstələrinin istifadə etdiyi şəkər

Yarım limon


Çiyələk mürəbbəsi

Hazırlanması:

Çiyələkləri təmizləyib yuyuruq, aşsüzənə qoyuruq ki, suyu süzülsün. Çiyələklərin üzərinə şəkəri töküb 1 saat saxlayırıq. Çiyələyin suyu çıxdıqdan sonra qazın üzərinə qoyub gur odda qaynadırıq. Üzərinə çıxan kəfləri yığırıq. Bir az qatı olanda atəşdən götürürük və limonun suyunu əlavə edirik. İlıq olanda bankalara yığıb ağzını bağlayırıq. Soyducuda saxlayırıq. Şəkər xəstələri üçün çiyələk mürəbbəmiz hazırdır.

Nuş olsun!

Mənbə:
qadınla.com

Oxşar məqalələr

0 şərh