Yulaf unu ilə şəkərsiz tort resepti

Tərkibi:
2 yumurta
3 xörək qaşığı yulaf unu
3 xörək qaşığı düyü unu
250 ml süd (0,5%-lik süd)
1 xörək qaşığı kakao
1 çay qaşığı soda
İstəyə uyğun şəkər əvəzləyicisi
Hazırlanması:Yulaf unundan tortBütün inqrediyentləri qarışdırdıqdan duru xəmir alınır, sonra yapışmayan tavada blinçik formalaşdırırıq, iki tərəfli tavanın qapağını örtərək bişiririk.
Məndə 5-6 qat alındı.
Krem üçün:
Yumşaq kəsmik 340 qram
Qatıq 100 qram
2 xörək qaşığı şəkər əvəzləyicisi (mən bal işlətdim)
Hamısını qarışdırıb qatların arasına çəkirik.
Hazırladıqdan sonra bir neçə saat soyuducuda saxlayırıq ki, krem qatlara yeyilsin. Üstünü isə kakao mən parçacıqları ilə bəzədim.

Mənbə: dadli.az

0 şərh