Balığın ən faydalı yeri harasıdır?

Hər kəsin sevərək yediyi balıq, ləzzətli olmasıyla yanaşı bir çox xəstəliyin şəfasıdır. Balıq əti, yüksək xolesterinin azaldılmasından, metabolizmin güclənməsinə, dəri gözəlliyindən, oynaq sağlamlığına qədər bir çox xəstəliyə şəfa olur.
Bəs balığın hansı hissəsi ən faydalıdır?
Mütəxəssislər xüsusilə baş və quyruq hissəsinin mütləq yeyilməsi, balığın orqanizmdə enerji artırılması baxımından əhəmiyyətli bir qida qaynağı olduğunu bildirir.
Müntəzəm yeyildikdə depressiyaya düşmə ehtimalını salmaqda olduqca təsirli olan balıq təzyiq, köklük, iflic, ürək və damar xəstəliklərinə qarşı qoruyucu vəzifəsini görür. Balığın ən faydalı yeri
Balığın sümüyü ilə yanaşı, başı və quyruğunun da kalsium baxımından zəngin olduğunu qeyd edən mütəxəssislər, sümük əriməsi olanların mütləq balıq yeyilməsinin vacib olduğunu qeyd edir.
Balığın yeyilmə təqvimi:
İqlim xüsusiyyətləri balığın keyfiyyətinə, dadına və miqdarına təsir edir. Bəzi balıqlar müəyyən aylarda daha çox tutulur. Hər balığın yağlandığı bir ay var və balıqlar yağlandıqda ətləri də çox ləzzətli olur. Balıq alarkən diqqət ediləcək ən önəmli şey balığın təzə olmasıdır. Təzə balığın qəlsəmələri qırmızı, dərisi tarım, gözləri parlaq və xaricə doğru, pulcuqları sıx, quyruğu da dik olur. Əlbəttə, ən önəmlisi balıq alarkən balıq təqviminə uyğun seçilməlidir.
Balıq təqvimi hansı balığın, hansı ayda həqiqi dadına çatdığını və istifadə edilməsini göstərir.
Yanvar
Bu ayda kefal, kilkə, lüfər, palamut, skumbriya, stavrida balığı daha ləzzətlidir.
Fevral
Qalxan balığının mövsümüdür. Barbunya balığı, aterina balığı və kefal ləzzətlidir.
Mart
Bu ay kefal, lavrak və qalxan balığının ən ləzzətli olduğu vaxtıdır. Barbunya balığı bu ayda boldur və çox ləzzətlidir.
Aprel
Balıq növlərinin bol olduğu bir vaxtdır. Qalxan balığının ən ləzzətli və ən bol olduğu zamandır. Eşkina balığının mövsümü başlayır, çox ləzzətlidir. Aterina balığı, kefal, mezgit balığı, barbunya balığı ləzzətlidir və çox tutulur. İynəbalığı bu ayda da davam edir.
May
Bu ayda lavrak, barbunya, dil balığı ləzzətlidir. Kefal hələ də ləzzətlidir.
İyun
Bu ayda ən ləzzətli balıq qaragözdür, yağlanıb ləzzətlidir. Qaranquş balığı da ləzzətlidir.
İyul
Balığın ən az olduğu aydır. Sardina mövsümü başlayıb, Oktyabrın ortasına qədər yeməlidir.
Avqust
Sardinanın ən ləzzətli vaxtlarıdır. Qılınc balığı, mərcan balığı, xanı balığı çox ləzzətlidir. Smarida balığı yağlanıb ləzzətlidir.
SentyabrBu ayda artıq balıq mövsümü açılır. Sardina və qılınc balığı ləzzətlidir. Palamut yağış suyunu içdikcə iriləşib, eyni zamanda bollaşıb.
Oktyabr
Lüfər ləzzətlidir, stavrida da yağlanmışdır. Palamut boldur. Barbunya balığının ən yağlı və dadlı zamanıdır. Smarida, sardina, lavrak, mərcan, skumbriya, xanı balığı həm boldur, həm də ləzzətlidir.
Noyabr
Məhsuldar və bol balıqlı bir aydır. Skumbriyanın ən yaxşı vaxtıdır. Kilkənin də əsl vaxtıdır və ləzzətlidir.
Dekabr
Kilkə, barbunya, lüfər, palamut, mezgit, stavrida bol və ləzzətlidir. Skumbriya, lüfər və palamut yağlıdır və hər cür yeməyi hazırlanır. Kilkə də ləzzətlidir.


Mənbə: recept.az

0 şərh