Qarışqa yuvası salatı

Tərkibi:
  • 150 qr toyuq filesi
  • 1 ədəd pomidor
  • 1 ədəd xiyar
  • 100 qr bərk pendir
  • 1 ədəd kartof
  •  ½ stəkan bitki yağı
  •  Duz
  •  mayonez
  • 1 diş sarımsaq
Hazırlanma qaydası:Qarışqa yuvası salatı
İlk öncə kartofları çubuqlar şəklində (samanvari) rəndədən keçirin.
Kartofun nişastası yuyulsun deyə soyuq suyla yaxalayın.
Yuyulan kartof çubuqlarının  kağız dəsmalının arasında suyunu çəkin.
Kartofları bol yağlı qazanda qızılı rəng olanadək qızardın. Bişən kartofları artıq yağı çəkməsi üçün mətbəx salfetinin üzərinə qoyun. Toyuq filesini duzlu suda bişirin və samanvari doğrayın.
Pendiri də rəndədən keçirin.
Xiyarı  samanvari rəndədən  keçirin.
Pomidorları kub şəklində doğrayın.
Bir qabda sarımsaq əzən arasından keçirilmiş 1 diş sarımsaq, rəndələnmiş pendir çubuqları və mayonez qarışdırın.
Dərin bir qabın içərisinə streç salafan sərin, mayonezli pendirli qarışıqdan töküb yayın. Üzərinə doğranmış pomidor töküb mayonez yaxın.
Bişmiş doğranmış toyuq filesi və yenə mayonez yaxın.Xiyar çubuqları və yenə mayonez yaxın.
Salatı servis edəcəyiniz qabın üzərinə çevirin. Streç salafanı çıxarın və salatı bəzəyin. Qızardılmış kartof çubuqlarını salatın üzərinə səpin. Mayonezlə və gül şəklində kəsilmiş pendirlə bəzəyə bilərsiniz. Yarpaq şəkli üçün xiyardan istifadə edə bilərsiniz.
«Qarışqa yuvası» salatı hazırdır.

Nuş olsun!
Mənbə: recept.az

0 şərh