Təzə balığı köhnədən ayırmağın yolları

İnsan sağlamlığı baxımından son dərəcə əhəmiyyətli faydaları olan dəniz məhsullarının hər biri sağlamlıq anbarıdır. Qış aylarının əvəzolunmaz qidası olan balıq ətinin insan sağlamlığı üçün bir çox faydası var.
Balıq almaq istəyərkən ümumiyyətlə hər kəsin ağlına gələn ilk sual balıqlar təzədir, yoxsa köhnə? Təzə balığı köhnə balıqdan seçməyin yollarını sizlərə təqdim edirik.
1.Təzə balığın gözləri parlaq və bayıra doğru çıxmış vəziyyətdə olur. Balıq təravətini itirməyə başlayanda gözləri içəri çökür. Təzə balığı köhnədən necə ayırmaq
2.Təzə balığın dərisi canlı və parlaq olur. Pulcuqsuz balıqlar köhnəldikdə dərisinin parlaqlığı azalır və xüsusən qarın hissəsində qırışlar əmələ gəlir. Təzə balığa barmaqla basdıqda əmələ gələn çuxur əvvəlki vəziyyətinə qayıdırsa deməli təzədir. Halbuki köhnə balıqlarda bu iz qalır. Balığın parlaqlığına aldanmayın, çünki dəzgahlardaki balıqlara davamlı olaraq su səpildiyi üçün parlaq görünür.
3.Təzə balığın başından tutub qaldırdıqda quyruğu əyilmədən dik şəkildə durur. Köhnə balığı bu şəkildə qaldırdıqda isə quyruq hissəsi aşağı doğru əyilir.
4.Təzə balığın qəlsəmələri canlı qırmızı olur. Balıq köhnəldikdə qəlsəmələrin rəngi dəyişir.
5.Təzə balıq demək olar ki, iysizdir. Balıq köhnəldikdə turş iy yayılmağa başlayır.
6.Təzə balığın pulcuqları canlı və parlaq olur. Əllərinizi baş hissəsindən quyruğa doğru sürtdükdə pulcuqlar tökülməməlidir.

Mənbə: recept.az

0 şərh