Ballı çörək

Tərkibi (Xəmiri üçün)
1 stəkan süd
1 paket yaş maya
1 çay qaşığı şəkər tozu
1 ədəd yumurta
2 stəkan un
İçlik üçün:ballı çörəkyarım stəkan bal
3 qaşıq kərə yağı
Üzəri üçün:
kərə yağı
bal
Hazırlanma qaydası:
İlk öncə bal və kərə yağını qarışdırın.
Xəmir üçün bir qabda yaş maya, süd, yumurta, şəkər tozu və un töküb xəmir yoğurun. Xəmirin üzərini örtüb 1 saatlıq acıması üçün kənarda saxlayın.
Xəmirləri bərabər hissələrə bölün və kündələrin içərisinə ballı- kərə yağlı qarışığı qoyun. Kündələri yuvarlayın və soba sinisinə düzün.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bişən çörəklərin üzərinə kərə yağı yaxın və bal gəzdirin.
Nuş olsun!

Mənbə: recept.az
 

0 şərh