Tərəvəzli toyuq ciyəri qovurması

Tərkibi:
800 qr toyuq ciyəri
2 ədəd şirin qırmızı və sarı bolqar bibəri
3 diş sarımsaq
1 xörək qaşığı şəkər tozu
1 ədəd iri soğan
1 ədəd orta ölçülü badımcan
50 ml soya sousu
2 xörək qaşığı bitki yağı
Tərəvəzli toyuq ciyəri qovurması
Hazırlanma qaydası:
İlk öncə ciyərlərin üzərindəki pərdəni kəsib atın və ciyərləri orta ölçüdə doğrayın. Soğanı yarımhalqa şəklində doğrayın, bibərləri və badımcanı kub şəklində doğrayın. Sarımsaqları da xırda doğrayın. Tavada 2 xörək qaşığı bitki yağını qızdırın. Qızdırılmış yağda ciyərləri 2 dəqiqə hər tərəfli qovurun və boşqaba tökün. Yağlı tavada bibər və soğanları qarışdıraraq 3-4 dəqiqə qovurun. Badımcanları əlavə edin və qarışdıraraq daha 3 dəqiqə qovurun. Qovrulmuş tərəvəzlərin üzərinə ciyərləri tökün. Sarımsaq, şəkər tozu və soya sousu əlavə edib 2 dəqiqə bişirin və ocaqdan götürün. Zövqə görə yanında qarnir olaraq kartof püresi, süzülmüş düyü və s. qoyub süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Mənbə: recept.az
 

0 şərh