Duzlu mineral suda xiyar turşusu

Tərkibi:
1 kq xırda xiyar
1 litr qazlı mineral su
2 xörək qaşığı duz
3 diş sarımsaq
1 dəstə şüyüd mineral suda turşu xiyar
Hazırlanma qaydası:
Qabın dibinə şüyüdün yarısını yerləşdirin (yuyulmuş). Xiyarları yuyub hər iki tərəfini kəsin. Bir bir qaba sıx yığın. Xiyarın üstünə şüyüdün ikinci yarısını və xırda doğranmış sarımsağı qoyun. Ayrı qabda duzu mineral suda həll edin. Bu duzlu suyu xiyarların üstünə əlavə edin (elə etmək lazımdır ki,su tam üstün örtsün). Xiyarları soyuducuya yerləşdirin. Onlar 12 — 14 saatdan sonra hazırdır.

Nuş olsun!
Mənbə: recept.az
  

0 şərh