Marinə edilmiş sarımsaq turşusu

Tərkibi:
1 kq sarımsaq 
Marinə üçün:
  •     1 litr su
  •     200 qr şəkər tozu
  •     100 qr duz
  •     1 xörək qaşığı dənə istiot
  •     1 xörək qaşığı zirə
  •     2-3 dənə ətirli istiot
  •     1-2 ədəd mixək
  •     5-6 dənə qabıqlı hil
  •     2-3 dəfnə yarpağı
  •     15 ml uksus
Marinə edilmiş sarımsaq
Hazırlanma qaydası:  Sarımsaqların kötüyünü kəsin və üst qabıqlarını soyun, ancaq baş hissəsi bütöv qalsın.Bir qazanda su qaynadın.
Kənarda bir qabda buzlu su hazırlayın (sarımsaqları tez soyutmaq üçün).
Sarımsaqları hissə-hissə qaynayan suya tökün və 1-2 dəqiqə sonra çıxarıb buzlu suya tökün.
Bir az soyuyan sarımsaqları bankalara düzün.
Çuğundurları (sarımsağa rəng vermək üçün ) dilim şəklində kəsin.
Bankalara sarımsaqla bərabər çuğundur dilimləri yerləşdirin.
Marinad üçün 1 litr suya 200 qr şəkər tozu, 100 qr duz, 1 xörək qaşığı dənə istiot, 1 xörək qaşığı zirə, 2-3 dənə ətirli istiot, 1-2 ədəd mixək, 5-6 dənə qabıqlı hil, 2-3 dəfnə yarpağını bir qazana tökün. Qaynayan marinada uksus əlavə edib ocaqdan götürün.
Marinadaları bankalara bölüşdürün. İlk 10-15 gün sarımsaq turşusunu qapağı bağlı (möhkəm bağlamayın)  olaraq otaq temperaturunda saxlayın.
Daha sonra qapağını möhkəm bağlayaraq soyuducuya yerləşdirin. Bir neçə ay ərzində sarımsaq turşusunu istifadə edə bilərsiniz.

Nuş olsun!
Mənbə: recept.az
 

0 şərh