Teriyaki toyuq qanadları

Ərzaqlar:
2 kilo toyuq qanadı
1 stəkan soya sousu
1 stəkan qəhvəyi şəkər tozu
Bir stəkanın ücdə biri qədər zeytun yağı
Yarım çay qaşığından bir qədər çox zəncəfil tozu
Yarım çay qaşığından bir qədər çox sarımsaq tozu (sarımsaq tozu qurudulmuş sarımsağın toz halıdır)
Teriyaki toyuq qanadları
Hazırlanma Qaydası:
Hər qanağı bıçaqla ordatan ikiyə bölün. Marinadı hazırlamaq üçün qalan ərzaqları iri bir qabda qarışdırın. Qanadları marinada əlavə edib,  yaxşıca qarışdırdıqdan sonra, qabın üstünü örtüb ən az 8 saat müddətinə soyuducuya qoyun.
Sobanı 180Cdək qızdırın. Qanadları bir lay olaraq iri listə düzün (marınadı atın). Sobanın orta gözündə 1 saat ərzində və yaxud qanadlar qızaranadək bişirin. Bu düddət ərzində qanadlar su buraxarsa, suyu astaca boşaldıb qanadları bişirməyə davam edin. Hazır qanadlar sulu deyil, yaxşı qızarmış və bir qədər yapışqan olmalıdırlar.
 
Mənbə: azcookbook.com

0 şərh