Sobada ətli yunan qabağı

Ərzaqlar:

  • 5-6 xörək qaşığı zeytun yağı və ya kərə yağı
  • 450 qram çəkilmiş mal əti və ya qoyun əti
  • 1 ədəd iri soğan, xırda doğranmış
  • 1 ədəd iri pomidor, xırda doğranmış
  • 1 orda yaşıl bibər, xırda doğranmış
  • 2-3 diş sarımsaq, xırda doğranmış
  • 1 xörək qaşığı tomat
  • Duz və istiot
  • 4 ədəd Yunan qabağı (kabaçok), qabığı soyulmuş və halqavari kəsilmiş
  • Bir ovuc doğranmış şüyüd
Sobada ətli yunan qabağı
Hazırnanması:
Ətli sousu hazırlayın:  Orta ölçülü tavada yağı qızdırın.  Əti yağda suyu çəkilib bir az qızaranadək bişirin, təxminən 10 dəqiqə. Soğanı qatıb yumşalanadək bişirin, təxminən 5 dəqiqə. Pomidor, bibər, sarımsağı da əlavə edib bir neçə dəqiqə də bişirin. Tomat pastasını əlavə edib bir dəqiqə bişirdikdən sonra, duz, istiot və 1 stəkan su əlavə edib, qaynadın. Qaynayan kimi tavanı kənara çəkin.
Sobanı 200ºCdək isidin.
Yeməyi Yığın: Qabaqları lay-lay 33×48-cm ölçülərində olan istiyə dayanıqlı qalın şüşə qaba düzün.  Ətli sousu üzərinə gəzdirin.
Üstünə şüyüdün yarısını səpin. Qabı folqa kağızı ilə örtüb sobaya verin.
20-25 dəqiqə yaxud qabaq yumşalanadək bişirin.
Üstünə qalan şüyüdü səpib süfrəyə verin.


Mənbə:azcookbook.com

Oxşar məqalələr

0 şərh