Ratatuy

Tərkibi:
  • 2 ədəd 700 qr badımcan
  • 2 ədəd sukini və ya kabak
  • 1 kq pomidor2 ədəd bolqar bibəri
  • 1-2 ədəd soğan
  • 2 xörək qaşığı zeytun yağı
  • 2-3 diş sarımsaq
  • zövqə görə göyərti, istiot
Fransız yeməyi Ratatuy

Hazırlanma qaydası:
İlk növbədə sous üçün bibərləri paketə qoyub 180 dərəcədə qızdırılmış sobada 30 — 40 dəqiqə ərzində bişirin.
Badımcanları halqa şəklində doğrayıb duzlayın, 15 — 20 dəqiqə kənarda saxlayın.
Daha sonra soyuq suyun altında yuyub kağız dəsmal arasında qurudun.
Kabakları halqa şəklində doğrayın. Pomidorları (700qr) da halqa şəklində doğrayırın.
Tavada az zeytun yağında xırda doğranmış soğan qızardın.Qalan pomidorların qabığını soyun və kub şəklində doğrayıb tavaya soğanın üstünə əlavə edin.
Bişmiş bibərlərin qabığını soyub tavaya əlavə edin.5-7 dəqiqə soyudun və blenderdən keçirin.
Formanın altına hazırlanmış sousu tökün. Növbə ilə formaya halqavari doğranmış badımcan, kabak və pomidor düzün.
Kiçik bir qabda sarımsağı duzla əzin,üzərinə zeytun yağı və göyərti əlavə edib qarışdırın.
Sarımsaqlı qarışığı badımcanların üzərinə tökün.Formanı folqa ilə örtüb 20 dəqiqəlik sobaya bişməyə göndərin.
Folqanı açıb daha 15 — 20 dəqiqə bişirin.

Nuş olsun!

Mənbə: recept.az
 

0 şərh