Kartof vaflisi

Tərkibi:
  • 3-4 ədəd kartof
  • 2 ədəd yumurta
  • 2 xörək qaşığı qaymaq
  • 1 xörək qaşığı kərə yağı
  • 3 xörək qaşığı un
  • yarım çay qaşığı duzyarım çay qaşığı qırmızı şirin bibər tozu
  • qabartma tozu
  • istiot
  • duz
Kartof vaflisi

Hazırlanma qaydası:
İlk öncə kartofları qaynadın. Qaynanmış kartofların qabığını soyun və əzərək püre edin. Kartof püresinə yumurta, qaymaq, kərə yağı, un, qabartma tozu və zövqə görə ədviyyat əlavə edin qarışdırın. Xəmir halında olan püreni qızıdırlmış Waffle aparatında (tost aparatı da istifadə edə bilərsiniz) bir xörək qaşığı töküb  qızaranadək bişirin. Arzu etdiyiniz souslarla süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Mənbə: recept.az
 

0 şərh