Balqabaq tumu ilə balqabaqlı keks

Ərzaqlar
  • 1 + 3/4 stəkan un
  • 1 çay qaşığı soda
  • Yarım çay qaşığı qabartma tozu
  • 1/4 çay qaşığı duz
  • Yarım çay qaşığı darçın
  • 1/4 çay qaşığı üyüdülmüş zəncəfil tozu
  • 1/8 çay qaşığı üyüdülmüş muskat qozu
  • 1/8 çay qaşığı üyüdülmüş yenibahar
  • 1/8 çay qaşığı üyüdülmüş mixək
  • 2 yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan balqabaq püresi (resepti)
  • Yarım stəkan zeytun yağı (kəskin dadı olmayanından)
  • 1/4 stəkan su
  • 1 çay qaşığı vanil ekstraktı
  • Yarım stəkan iri-iri doğranmış pekan qozu (adi qozdan da istifadə etmək olar)
  • Bol çimdik çiy balqabaq tumu
Balqabaq tumu ilə balqabaqlı keks

Hazırlanması
  • Sobanı 180ºCdək qızdırın.
  • Ölçüləri 23X13 sm olan kərpic keks formasının içərisini kərə yağı ilə yağlayın.
  • Qarışdırma qabında un, soda, qabartma tozu və duzu qarışdırıb kənara qoyun.
  • Başqa qabda yumurtanı yüngülcə çırpın. Şəkər tozunu əladə edib qarışdırın. Balqabaq püresi, zeytun yağı, su və vanil ekstraktını əlavə edib yüngülcə qarışdırın.
  • Quru ərzaqları yumurtalı qaba töküb hamısını qarışdırın. Çırpmayın!
  • Qozu da qatıb qarışdırın.
  • Alınan qarışığı formaya tökün.
  • Sobanın orta rəfində 1 saat bişirin. Ortasına kibrit batırıb çıxardığınızda kibrit quru çıxırsa, deməli keks hazırdır. Kənara çəkib 10 dəqiqə soyudun. Sonra keksi formadan çıxardıb soyutma telinin üstündə soyudun.
  • Tamamilə soyuduqdan sonda dilimləyin.
  • Keksi qida streçinə büküb otaq temperaturunda 5 günədək saxlaya bilərsiniz.
 
Mənbə: azcookbook.com

0 şərh